beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan Respublikası Prezident seçkiləri (2003)

2003-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri - Azərbaycan Respublikası Prezidenti postuna keçirilən 5-ci rəsmi seçkilərdir. Seçkilər 15 oktyabr 2003-cü ildə keçirilib. Seçkilərdə qeydə alınmış seçicilərin 71.5%-i (3,046,401 vətəndaş) iştirak edib. Seçkilərdə YAP-ın namizədi İlham Əliyev səslərin 76.8%-ni toplamaqla qalib gəlib.
Reaksiyalar
Namizədlərin reaksiyaları
Seçkilərdə II yeri tutmuş Bizim Azərbaycan SB-nin namizədi İsa Qəmbər seçkilərin nəticələrini tanımadığını açıqlayıb.
Seçkilərdə IV yeri tutmuş AMİP-in namizədi Etibar Məmmədov seçkilərin nəticələrini tanımadığını açıqlayıb.
Beynəlxalq reaksiyalar
ATƏT seçkini qeyri-qənaətbəxş qiymətləndirib, seçki nəticələrini tanımayıb. Avropa Şurası seçkini qənaətbəxş qiymətləndirib, seçki nəticələrini tanımışdır.
Etirazlar
16 oktyabr 2003-cü ildə seçkilərin nəticələri açıqlandıqdan dərhal sonra Bizim Azərbaycan SB-nun dəstəkçiləri başda olmaqla müxalif seçicilər tərəfindən Bakıda Azadlıq meydanında və Müsavat Partiyasının qərargahının qarşısında icazəsiz etiraz aksiyaları keçirilmişdir. Polis hadisələrə sərt müdaxilə etmiş və nəticədə 1-i uşaq 2 nəfər öldürülmüşdür.


Tarix: 12.02.2015 / 15:58 Müəllif: Feriska Baxılıb: 51 Bölmə: Ümumi