beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Babayi-Əmir (jurnal)

"Babayi-Əmir" — həftəlik ədəbi və ictimai-siyasi satirik jurnal.

Haqqında
"Babayi-Əmir" jurnalı 1915-ci il 21 apreldən 1916-cı il 17 oktyabradək Bakıda nəşr olunmuşdur.

Jurnalın redaktoru Əlabbas Müznib, naşiri onun qardaşı Əbülfəz Mütəlliboğlu olmuşdur. Cəmi 65 nömrəsi çapdan çıxmışdır. "Babayi-Əmir" jurnalının nəşrinə "Molla Nəsrəddin" jurnalının böyük təsiri olmuşdur. 26-31-ci nömrələri üçün Əzim Əzimzadə rəngli rəsmlər çəkmişdir. (26-cı nömrəsinədək jurnal rəngsiz çap olunurdu. "Babayi-Əmir"in əməkdaşları arasında M.S.Ordubadi, Əli Nəzmi, Seyid Hüseyn, Ə.Vahid, B.Abbaszadə (Hambal), H.İ.Qasımov və başqaları vardı. Sələfi "Molla Nəsrəddin" jurnalı kimi, "Babayi-Əmir"də də felyeton, satirik şeir və s. janrlardan istifadə edilirdi. "Babayi-Əmir"in səhifələrində mədəniyyət məsələləri, satqın ziyalılar, dini fanatizm əleyhinə mübarizə və sair mövzularda yazılara, rəsmlərə geniş yer verilirdi. Yazıları əsasən şeirlərdən ibarət idi.

"Zərərli istiqamətinə görə" "Babayi-Əmir" jurnalının nəşri dayandırılmışdır.


Tarix: 12.02.2015 / 14:38 Müəllif: Feriska Baxılıb: 220 Bölmə: Ümumi