beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sovet İttifaqın dövrü (1920-1991)

1920-ci ilin aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti qurulandan bir müddət sonra da ölkə öz müsətqilliyini saxlaya bilmişdir. Aprelin 30-da Rusiya ilə Azərbaycan arasında hərbi-iqtisadi müqavilə imzalanmışdır. 1921-ji ildə tərkibinə Gürcüstan, Ermənistan və Azərbayjan respublikaları daxil olmuş Zaqafqaziya Federasiyası təşkil edildi. 1922-ci il dekabrın 30-da Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) yaranması və Zaqafqaziya Federasiyasının bu quruma daxil olması ilə Şimali Azərbaycanın müstəqilliyinə son qoyuldu. İkinci dünya müharibəsi (1939-1945) bəşəriyyətin 20-ci yüzilliyində ən ağır və dəhşətli bir dövr olmuşdur. Azərbaycan xalqı bu müharibədə əsl şücaət və əzmkarlıq nümayiş etdirmişdir. Azərbaycanın Sovet dövrü tarixində 1969-cu il dönüş nöqtəsi olur. Bu ilk növbədə Heydər Əliyevin Azərbaycan Kommunist Partiyasının birinci katibi seçilməsi ilə əlaqədar idi. Artıq həmin ilin avqustunda onun tərəfindən respublikada xalq təsərrüfatına və mədəni quruculuğa rəhbərliyi əsaslı şəkildə yaxşılaşdırmaq, dövlət və əmək intizamını möhkəmləndirmək, kadrların məsuliyyətini artırmaq xətti müəyyən edilmişdir.


Tarix: 07.01.2015 / 16:15 Müəllif: Feriska Baxılıb: 28 Bölmə: Ümumi