beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir nəticə...

Əslində bu yazı Amerika Menecerlər Assosiasiyasının apardığı bir araşdırmanın nəticələri ilə bağlıdır. Bu araşdırmanın nəticələri isə belədir:telephone

— Menecerlərin 48 faizi bir zəngdən sonra müştərilərinin adlarını silirlər.

— Menecerlərin 25 faizi iki zəngdən sonra müştərilərinin adlarını silirlər.

— Menecerlərin 12 faizi üç zəngdən sonra müştərilərinin adlarını silirlər.

— Menecerlərin 10 faizi isə… Menecerlərin 10 faizi isə zəng etməkdə davam edirlər...

Məsələnin ən qəribə tərəfi isə bütün satışların əsas faizini bu «10 faizin» həyata keçirməsidir. Üstəlik də, nə az, nə çox düz 80 faizini. Başqa bir məsələ isə bu nəticələrin təkcə menecerlərə aid olmamasıdır. Yəni, bu nəticələr menecerlərə aid olduğu qədər, həkimlərə də, müəllimlərə də, mühəndislərə də… aiddir. Başqa sözlə, uğur qazanmaq təkcə ağlınıza və qabiliyyətinizə arxalanmaq yox, həm də əzminizə və qətiyyətinizə arxalanmaqdır...


Tarix: 05.12.2014 / 16:23 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Ümumi Psixologiya