beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şamxor döyüşü

Şamxor döyüşü - 1826-1828-ci illər Rusiya-İran müharibəsinin böyük döyüşlərindən biri. 1826-cı ilin 3(15) sentyabrında müasir Şəmkir şəhərinin yaxınlığında, Şəmkir çayın sahilində baş verib. Azərbaycan valisi Abbas Mirzənin 60 minlik ordusunun 40 minlik əsası hissəs rusların Təbriz - Tiflis yolu üstündəki əsas dayaq məntəqəsi olan Şuşa qalasını mühasirəyə alır, qalan 20 minlik qoşunla Tiflisə tərəf hərəkət edir. Tiflis üzərinə yeriyən Abbas Mirzənin qoşunlarının avanqardı 10 min əskər, 4 top, 20 falkonetlə,avqustun əvvəlində Şamxoru tutdu. Əlahiddə Rusiya Qafqaz korpusunun komandiri general Yermolovun başçılığı altında olan 12 minlik nizami qoşun(2 draqun alayı, 150 kazak) və 2 minlik Qazax süvari yığması, Abbas Mirzəni məğlub etmək, onun Tiflisə yürüşünün qarşısını almaq və Şuşanın mühasirəsinin qaldırılması üçün hərəkət edir. Sentyabrın 3-də rus ordusunun 4300 nəfərlik əlahiddə dəstəsi 12 topla və 2 min Qazax süvarisi ilə Madatovun komandanlığı altında, Tiflisdən hərəkət edərək, Şamxor yaxınlığındakı qarşı döyüşdə Abbas Mirzənin avanqardını məğlub edir. Süvarilərin təqib etdiyi Abbas Mirzənin qoşunları Şəmkir çayın, Tiflisin üzərinə yeriyən əsas qüvvələrin cəmləşdiyi sağ tərəfinə keçdilər. Abbas Mirzənin qoşunları cinahlarında qeyri-nizami süvarilər(qulamlar)olmqala, düşmənə qarşı qabaran aypara formada düzülmüşdü. Arxada toplar və falkonetlər düzülmüşdü. Ruslar, rəqibin say üstünlüyünə baxmayaraq, dayanmadan onun mövqelərinə hucum etdi. Topların dəstəyi ilə süvarilər cinahlarda döyüşə girişdilər, piyadalar isə süngü hucumu ilə Abbas Mirzənin qoşunlarının mərkəzini vurub keçdi. Süvarilər Abbas Mirzənin qoşunlarını təqib etməyə başladı. Abbas Mirzə 2 min əskərini itirdi, rusların itkilərin dəfələrlə az idi. Şəmkir döyüşünün taleyini piyadaların, süvarilərin və topların hərəkətlərinin uzlaşması həll etdi. 5(17) sentyabrda Abbas Mirzə Şuşa qalasının mühasirəni götürdü. Sentyabrın 13(25)-də Gəncə(Yelizavetpol) yaxınlığında yenə məğlub oldu.


Tarix: 18.02.2015 / 17:59 Müəllif: Feriska Baxılıb: 271 Bölmə: Ölkələrinə görə tarix