beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

III koalisiya müharibəsi (1805)

1803-cü ildə uzun sürməyən Amien sülhündən sonra Fransa və Böyük Britaniya arasında gərginlik azalmaq bilmirdi və Napoleon Böyük Britaniyaya hücum etməyi qərara alır.

1805-ci ildə Avropada quruda Napoleonun komandanlığı altında Birinci Fransa İmperiyası ordusu, dənizlərdə isə Böyük Britaniya Kral Donaması söz sahibi idilər. Bu zaman Böyük Britaniya Fransanı blokadaya salmağı məqsəd güdürdü. Blokada Fransanın ticarətinə böyük ziyan vururdu. Fransa gəmilərinin bir neçə uğurlu mühasirədən çıxmaq epizodlarından başqa fransız dəniz donanması pis günlərini yaşamaqda idi. Fransız donamasının əsas qüvvələri Atlantik okeanı sahilindəki Brest, Aralıq dənizi sahillərindəki Tulon limanlarında cəmlənmişdi.

5 oktyabr 1804-cü ildə külli miqdarda pul aparan dörd İspaniya freqatı Kadis yaxınlığında britaniyalılar tərəfindən saxlanılır. Savaşın başlamasından 9 dəqiqə sonra freqat "Mersedes" partladılır, qalan üç freqat təslim olur. İspaniya cavab olaraq Böyük Britaniyaya müharibə elan edir və Fransanın müttəfiqinə çevrilir. Kadis və Ferroldakı ispan dəniz donama birlikləri Fransa tərəfində olurlar.

Böyük Britaniya yaxşı təlim görmüş və təcrübəli zabit korpusuna malik olduğu halda, təcrübəli Fransa donanma zabitlərinin əksəriyyəti Fransa İnqilabının əvvəllərində edam edilmiş, ya da xidmətdən uzaqlaşdırılmışdırlar. Bu zaman Fransa donanmasına komandanlıq etmək üçün etibar ediləcək yeganə şəxs Pyer-Şarl Vilnyev idi.

Napoleon Bulon düşərgəsində güclü desant dəstələri təşkil etmişdir. Məqsəd onları Britaniya sahillərinə çıxartmaq idi. Napoleon desant qüvvələrini La-Manş boğazından keçırə bilmək üçün barjaların hazırlanmasına əmr vermişdir. Birinci mərhələdə 1700 barja ilə 113 min əsgər və 5600 at, ikinci mərhələdə isə 590 barja ilə 48 min əsgər, 3400 at keçirtmək planlaşdırılmışdır. Lakin barjalar Britaniya xətt gəmiləri qarşısında müdafiəsiz olduqları üçün La-Manşı keçə bilmirlər.

Bu məqsədlə 1805-ci ildə Napoleon Pyer-Şarl Vilnyev qarşısında məqsəd qoyur ki, Karib dənizinə doğru istiqamət götürərək aldadıcı manevrlə Britaniya donanmasının başını qatsın. Lakin bu plan da pozulur, çünki Britaniya donanması La-Manşı tərk etmir. Bu aldadıcı manevr zamanı Finisterre yaxınlığında Vilnyevin gəmiləri ələ keçirilir, ispanlar iki gəmi itirirlər, lakin Fransa donanması döyüşə qatılmağa cürət etmir.

20 avqustda fransız eskadriliyası Britaniya gəmiləri ilə mühasirəyə alınmış ispan limanı Kadisə gəlirlər. 17 sentyabr 1805-ci ildə Napoleon Vilnyevə əmr göndərərək lövbərləri qaldırıb Kartagenaya gedərək ispan kontr-admiralı Salsedo oradan da Napoleon ilə birləşsinlər. Bu isə general Sen-Sirə Neapol krallığına daxil olmağa imkan yaradırdı.

Gedişi
Müttəfiqlərin admiral Pyer Dümanuarın komandanlığında olan bayraqdar gəmisi Formidable Vilnyovun işarəsinə məhəl qoymadan Kadisə tərəf üz tutur və özü ilə 9 gəmini (Neptuno, Scipion, Intrepide, Raio, Formidable, Montblane, San Francisco de Asis, Duguay Trown) aparmış olur. Britaniyalıların təcrübəliliyi özünü göstərməkdə idi. Tezliklə onlar Vilnyovun cərgəsini yararaq top göyərtələrinin hər iki tərəflərdən atəş açmaq imkanı qazanırlar. İlk növbədə sərrast top atəşləri ilə müttəfiqlərin ağır toplar olan batareya göyərtəsini darmadağın edirlər.
Bayraqdar HMS Victory sonuncu Nr.16 ing. "Engage the enemy more closely" ("Düşmənə daha yaxın" = təkbətək gəmi abordaj döyüşü) işarəsini verir. Britaniyalıların bayraqdarı HMS Victory onu izləyən Temeraire gəmisindən yayınmaq üçün Bucentaure gəmisini qabaqlayaraq sola dönür. Bu zaman Temeraire gəmisi müttəfiqlərin bayraqdar gəmisi ilə, HMS Victory isə Redoutable gəmisi ilə abordaj döyüşünə girir. Belə vəziyyətlərdə adətən gəmilər bir-birlərinə qarmaqlarla elə dolaşırlar ki, onları ayırmaq çox çətin olur. Toplar susur - əlbəyaxa döyüş başlanır. Redoutable gəmisinin atıcısı HMS Victory gəmisinin göyərtəsində durmuş Nelsonu muşketdən atəş açaraq yaralayır. Güllə epoleti keçib kürəyindən dəyərək onurğa sütunu VI-VII fəqərələr arasında ilişib qalır. Lazaretə aparılan Nelson hələ sağ idi, döyüş haqqında ona hesabat verilməsini tələb edirdi. 14 saatdan sonra Bucentaure gəmisi bayrağını salmış olur. Bu müddət ərzində müttəfiqlərin 12-dən artıq gəmisi artıq batırılmışdır. HMS Victory gəmisinin kapitanı Tomas Hardi ölən Nelsonun sonuncu sualına döyüşün hələ bitməmisinə baxmayaraq cavab verir: "Milord, bu gün sizindir". Nelson ona: ing. "Kiss me, Hardy" - "Məni öp, Hardi" (digər bir yozumda: ing. "God bless you, Hardy" - "Allah sizdən razı olsun, Hardi", ing. "Kismet, Hardy" - "Qismət, Hardi"). Hardi onun xahişini yerinə yetirir. Nelsonun son sözü: ing. "Thank God I have performed my duty" - "Tanrıya şükürlər olsun, mən öz borcumu yerinə yetirə bildim" olur.

Hər iki tərəfdən gəmilər bərk zədəli idilər. 16 saatdan sonra dəniz səthi pərən-pərən düşmüş ingilis, fransız və ispan gəmiləri ilə örtülmüşdü. Bu an daha şiddətli döyüşlər Federiko Qravinanın komandanlıq etdiyi müttəfiqlərin aperqard - Prince des Astorias ilə ingilis Defiance və Revenge gəmiləri arasında baş verir. Federiko Qravina böyük şücayət göstərərək aldığı çoxsaylı yaralardan sonra həlak olur.

Nəticə və əhəmiyyəti
Müttəfiqlər 18 gəmi 15 min canlı qüvvə itirdikləri halda Britaniya donanması 2000-dək canlı qüvvə itkisi verərək heç bir gəmi itirməyərək parlaq qələbə çalmış olur. Bir çox ingilis gəmiləri, o cümlədən bayraqdar HMS Victory gəmisi ciddi zədə almış olurlar. HMS Victory İngiltərəyə qayıtmaqdan öncə Hibraltarda təmirə dayanmalı olur. HMS Victory öz göyərtəsində "qiymətli bir yüklə" - Nelsonun nəşi ilə qayıtmış olur.

Döyüşün böyük strateji əhəmiyyəti onda idi ki, Fransa və İspaniya dəniz hegemonluğunu itirmiş olurlar. Napoleon Britaniya sahillərinə çıxmaq və Neapol Krallığına müdaxilə planından birdəfəlik vaz keçmiş olur. Böyük Britaniya qəti şəkildə dəniz hegemonluğunu möhkəmlətmiş olur


Tarix: 16.02.2015 / 18:47 Müəllif: Feriska Baxılıb: 367 Bölmə: Ölkələrinə görə tarix