beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kökəlmə və arıqlama.

Qaynanmış lobyanı zeytun yağı ilə yemək adamı kökəldir. Ağ xaşxaş yağı və bağayarpağı suyu içmək də bu baxımdan faydalıdır. Kökəlmək üçün lazım olan qidalardan yağlı toyuq, qaz və ördək əti, dana və quzu əti, inək və qoyun südü, təzə pendir və südlü sıyığı göstərmək olar. Şirin nar, üzüm, yemiş yemək də kökəlməyə müsbət tə”sir göstərir. Ən faydalı vasitələrdən fındıq, püstə, qoz ilə şəkər və ya badam içi ilə şəkər hesab olunur. Kökəlmək üçün şirin və yağlı yeməklər məsləhət görülür. O cümlədən, 30 misqal qabığlı noxudu inək südündə 1 gün isladır, bu müddətdə 3 dəfə südü təzələyir, sonra yeyirlər. 30 misqal yuyulmuş düyünü, həmin miqdarda şəkər, ağ xaşxaş, buğda və qabıqsız arpa, 50 misqal badam ilə qatışdırıb döyür, hər gün ondan 20 misqala qədər işlədirlər.
Arıqlıq fikirdən, qəmdən olarsa həyat tərzini dəyişmək, şənlənmək, xoş ətirlər iyləmək, yumşaq paltar geymək və rahat yataqda məsləhət görülür. Kəskin, turş və acı yeməklərdən pəhriz saxlamaq münasibdir. Arıqlamanın səbəbi mə”də zəifliyi, həzmin pis olması, keyfiyyətsiz qida, qan azlığı, qara ciyər və dalığın xəstəliyi ola bilər. Bu halda həmin səbəbləti aradan qaldırmaq lazımdır.
Arıqlamanın əsas səbəbi həzmin pozulmasıdır. Qidalanma və həzm prosesini nizamlamaq üçün meyvə-tərəvəzi çox işlətmək, həm də iştaha açan yeməklərdən istifadə etmək, bununla yanaşı açıq havada gəzmək, hərəkət etmək, yaxşı da istirahət etmək lazımdır.
Kökəlmək üçün, səhərlər üzüm, kişmiş, əncir, noxud, yerkökü, tut, pendir-çörək, kərə yağı ilə bal yemək faydalıdır.


Tarix: 27.08.2012 / 23:11 Müəllif: Behlul Baxılıb: 1961 Bölmə: Xalq Tebabeti