beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xərçəng....

Dövrümüzün vəbası sayılan xərçəng xəstəliyi insan bədənində olan hüceyrələrin bölünmələrinin sıradan çıxması ilə müşahidə olunan xəstəlikdir.
Hər xəstəlikdə olduğu kimi xərçəng xəstəliyində də xəstəliyin tez vaxtlarda müalicəsi son dərəcə vacibdir.Xərçəng müalicələrini Klassik xərçəng müalicəsi və Alternativ xərçəng müalicəsi olaraq iki qrupa ayırmaq olar.Klassik xərçəng müalicəsinin lazımı qədər nəticə verməməsinə görə bir çox ölkələrdə Alternativ Xərçəng müalicəsi metodundan istifadə olunur.Xərçəng müalicə metodlarını aşağıdakı qruplara ayırmaq olar.

1.Cərrahi Xərçəng Müalicəsi
2.Kimyəvi üsullarla müalicə
3.Radioterapiya
4.Xərçəng müalicəsində bitkilər

Xərçəng xəstəliyi üçün iki qrup risk faktoru vardır.Birinci ,yaşa,cinsiyyətə və ailə genlərinə bağlı olan faktorlardır.İkinci qrup risk faktorlarını aşağıdakılara bölmək olar:
Siqaret və spirtli içkilərin qəbulu
Uzun müddət və təhlükəli saatlarda günəş altında qalmaq
Həddindən artıq rentgen şüasına məruz qalmaq
Bəzi kimyəvi maddələr (qətran,benzin,rəngləyici maddələr və s)
Bəzi viruslar
Hava çirkliliyi
Radiasiyaya məruz qalmaq
Normal qidalanmamaq



Xərçəng xəstəliyinin aşagıdakı əlamətləri ola bilər.
Döşlərin vəya bədənin hər hansı bir yerində əmələ gələn şiş və sərtliklər
Sağalmayan yaralar
Uzun müddət səsin tutulması və öskürək
Udqunmaqda çətinlik çəkmək və həzmin pisləşməsi
Zigillərdə əmələ gələn böyümə,qanaxma, rəng dəyişkənliyi,yara
Böyük və kiçik tualet zamanı baş verən dəyişikliklər





Tez-tez rast gəlinən xərçəng tipləri:
Mədə xərçəngi
Prostat xərçəngi
Döş xərçəngi
Ağciyər xərçəngi
Yoğun bağırsaq xərçəngi


Tarix: 24.12.2014 / 16:12 Müəllif: Aziza Baxılıb: 128 Bölmə: Xərçəng