beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vətən nədir?!

Vətən nədir?-Anlayana ana deməkdir.
Ana kimdir?- Bizə vətəni anladan.
Vətən nədir?- Ümman yeri,ümid deməkdir.
Ümid nədir?- Bizi sabahlara aparan.

Vətən nədir?- Nurlu sabah deməkdir.
Sabah nədir?-Bir addım da irəli.
Vətən nədir?-Get, irəli demekdir.
Qarabağa doğru,Qarabağa irəli.

Vətən nədir?- Qarabağdır, Təbrizdir,
Çünki onlar, vətənçün can deməkdir.
Yenə soruşsanki bu vətən nədir?
Bilki, Vətən- AZƏRBAYCAN deməkdir.


Tarix: 26.12.2014 / 16:34 Müəllif: Aziza Baxılıb: 75 Bölmə: VƏTƏN ŞEİRLƏRİ