beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Körpələrin öz dünyası (2)

Körpə inkişafı psixologiyası laboratoriyasında işləyən professor Rocer Leeuverin fikrincə, körpələr "İnsanlarla münasibət sahəsində bir mütəxəssisdirlər". Gülümsəməyi necə öyrənmələri bir sirr olsa da, qətiyyətlə demək olar ki, bu çox faydalıdır. İlk dörd-beş ayı yalnız gülümsəyir, ondan sonra isə gülməyi də öyrənirlər.
Bu mövzu ilə bağlı məşhur olan başqa bir elm adamı Desmond Morris isə belə deyir: "Deməli gülümsəmək insan genlərinə həkk olunub, çünki heç bir heyvan gülümsəmir. Halbuki dünyadan xəbərsiz olan körpələr gülümsəməyi çox yaxşı bacarırlar. Üstəlik bu onlara öyrədilmədiyi halda... Belə olduğu halda düşünürəm ki, körpələr daha çox şeylər bilirlər".
Körpələr təkliyi sevmirlər. Lakin yanlarında ən çox valideynlərini istəyirlər. Belə ki, bu yerdə Montpellier Tibbi Tədqiqatlar İnstitutunun rəhbəri professor H. Montagnerin apardığı tədqiqatlar olduqca maraqlıdır. Çünki bir neçə həftəlik körpələrin öz valideynlərini tanımaları doğrudan da heyrətamizdir.
Hər bir körpə valideynini uzaqdan gördüyü zaman dərhal tanıyır. Hətta qaranlıqda da yanındakıların anası və ya atası olduğunu bilirlər.
Çünki qaranlıqda qoxu hiss edirlər. Heç nə görmədikləri və ya qoxu hiss etmədikləri zaman səslərindən valideynlərini tanıyırlar.
Həmçinin başqa bir sınaqda hər bir ananın hətta yuxuda da öz körpəsinin səsini dərhal tanıdığı məlum olub.
Professor Montagner sınaqdan belə bəhs edir: "20-yə yaxın qadından ibarət ananı böyük bir xəstəxanada yerləşdirdik. Onların körpələrini də xəstəxananın digər tərəfində yerləşdirdik. Gecələr aparılan qeydlərə əsasən qadınlar yatdıqları zaman öz körpələrinin səsini eşidib dərhal oyanırlar. Qadınların yuxu zamanı bu qədər körpə səsi arasından öz körpələrinn səsini ayırıb oyanmalarının sirrini hələ də öyrənə bilməmişik".
Həmin tanımaq mexanizminin necə işləməsi isə tam olaraq aydın deyil.
Burada bilinən yalnız İlahi rəhmətin, ana ilə körpəsi arasındakı möcüzəli şəfqət bağının olmasıdır. Körpələrdə olan bu heyrətli hallar onların bioloji formulların ifadə edilmədiyi insan ruhunu sığındırmasına gözəl dəlildir. Biz səfərə çıxdığımız zaman hazırlıq gördüyümüz kimi körpələr də həyata göndərilməmişdən əvvəl sanki lazım olan xüsusiyyətlərlə təchiz olunurlar.


Tarix: 06.01.2015 / 13:11 Müəllif: Aziza Baxılıb: 43 Bölmə: Uşaqlara tərbiyyə