Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qız və oğlan usaqları arasındakı 5 əhəmiyyətli fərq

Qız uşaq və oğlan hər yöndən bir-birlərindən fərqlidir.
Oğlanlar daha tez xəstə olar
Körpəliklərindən etibarən oğlanlar qızlara nisbətən fiziki olaraq daha tez inciyə bilir. Zaman keçdikcə də bu vəziyyət dəyişmir. Oğlanlar qızlara görə çox daha tez xəstəliklərə yaxalanır və ölüm nisbətləri daha yüksək olur. Ekspertlər, testesteron hormonunun bu vəziyyəti yaratdığı fikirində birləşirlər.

Qızlar daha tez danışar
Yeni doğulan qızlar, oğlanlara nisbətlə daha ictimai və danışmağa uyğun olarlar. Qızlar normal olaraq oğlanlara görə çox daha tez və uzun cümlələrlə danışmağa başlayarlar. Oğlanlar isə ümumiyyətlə gec danışmağa başlayarlar. Bu fərqliliyin səbəbi böyük ehtimalla qızların beyinlərin sol tərəfinin erkən inkişafı və xüsusilə ataların qız uşaqlarıyla oğlanlara görə 2 dəfə çox danışmaları ilə açıqlanır.

Oğlanlar daha yaramazdır
Valideynlər oğlanlarla daha çox bədənsəl gücə söykənən, hərəkətli oyunlar oynadıqları üçün oğlanlar ümumiyyətlə fiziki fəaliyyət tələb edən oyunları seçirlər. Bu vəziyyət də onların daha yaramaz olmalarına səbəb olur. Halbuki qız uşaqları daha çox təxəyyülünə istiqamətli oyunları mənimsəyirlər.

Qızlar daha müstəqildir
Uşaqlar 2 yaşa doğru yerimə, danışma, qidalanma və tualet vərdişini əldə etmə ilə birlikdə müstəqil davranışlar inkişaf etdirərlər. Anaların oğlanlarına daha dözümlü və daha qoruyucu davranmaları, qız uşaqlarının isə anaları tərəfindən daha çox öyrədilməsi bu vəziyyəti yaradan faktorların başında gəlir. Qızlar məktəb əvvəli dövrə olduqca uyğun bir quruluşa sahibdirlər və ictimai əlaqələrin qaydalarını daha tez öyrənə bilirlər.

İlk reaksiyaları fərqlidir
Həyatların ilk həftələrində qız uşaqları oğlanlardan 2 dəfə çox gülümsəyərlər. Təbii ki bu fərqliliyin səbəbi sizin öz davranış formanızdan qaynaqlanmış ola bilər, çünki qız uşaqlarıyla danışmağda daha yumşaq bir əlaqə yaradılar. ABŞ-da aparılan bir araşdırma körpəlikdən etibarən oğlanların, analarının mənfi davranışlarına daha sərt reaksiya verdiklərini ortaya qoyur. Xüsusilə bir istəkləri yerinə yetirilmədiyində bunu qızlara görə daha çətin qəbul edirlər.


Tarix: 06.01.2015 / 12:25 Müəllif: Aziza Baxılıb: 49 Bölmə: Uşaqlara tərbiyyə
loading...