beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaq ilə yatmağın faydası

Kütləvi İnformasiya vasitələri uşaqla eyni yataqda yatmağın yanlış olduğunu yaymağa çalışsa da, elmi dəlillər bu iddiaların əksini göstərir. Birlikdə yatmağın ailənin hər bir fərdi üçün bir çox faydaları var. Bu məqalədə uşaqlarınızla birlikdə yatmağın 6 faydasını sizə təqdim edirik:
Müstəqillik
Uşağın valideynləri ilə birlikdə yatmasının, uşaqda möhtac olma və asılılıq hissinin yaranmasına səbəb olması geniş yayılmış bir fikirdir. Ancaq, araşdırmalar bunun əksini göstərir. Valideynləriylə birlikdə yatan uşaqlar, daha erkən yaşlarında müstəqillik qazanır və ayrılıq narahatlığı keçirmirlər. Araşdırmalar göstərir ki, uşaq hər dəfə eyni valideyni ilə yatmağa öyrəşirsə, barmağını əmmə və ya hər hansı təhlükəsizlik və ya rahatlayıcı obyektinə olan ehtiyacı xeyli azalır.
Özünə inam
Ailəsilə yataraq böyüyən uşağın özünə inamı daha güclü olar. Uşağın davranış problemləri azalar, yaşıdlarıyla daha yaxşı ünsiyyət qurar, xoşbəxt və məmnun yaşayar. Valideynləri ilə yatmayan uşaqlara nisbətən, stressdən yaranan problemlərə qarşı daha dayanıqlı olar.
Fiziki və zehni sağlamlıq
Psixoloji faydaları ilə yanaşı, valideynləriylə yatan körpələrin inkişafının daha sürətli və yaxşı olduğu sübut edilmişdir. Həkimlərin pediatrik araşdırmalarında müşahidə edilən valideynlərlə birgə yatma, körpələrin həm fiziki, həm emosional, həm də zehni inkişafına tibbi bir fayda kimi önə çıxır: Bu inkişafı təmin edən səbəbin, həm daha çox bədən təmasının olması həm də, valideynləriylə yatan körpələrin tək yatan körpələrə nisbətən daha çox qidalandığı düşünülməkdədir.
Əmizdirən analar üçün rahatlıq
Körpəylə birgə yataraq, əmizdirən analar, səhər özlərini daha rahat hiss edirlər. Körpələrini əmizdirmək üçün yataqdan çıxmaq məcburiyyətində olmadıqları üçün yoldaşlarını narahat etmir, beləcə hər kəs gün ərzində daha çox diqqətli və aktiv ola bilir.
Stresslə əlaqədar narahatlıqlar və ani uşaq ölümlərinin az olması
Həkimlər tək yatan körpələrin stresslə əlaqədar narahatlıqlarının və qəfil uşaq ölümü sindromu məsələsində, valideynləriylə yatan körpələrə nisbətən daha çox risk altında olduqlarını deyirlər. Yuxularını anaları ilə paylaşan körpələr, onlarla fiziolojik bir uyğunluq içində yatırlar. Ana və körpə arasındakı yaxınlıq həqiqətən də körpənin nəfəs alıb-verməsinin, yuxu vəziyyətini, ürək döyüntüsünü və bədən istiliyini tənzimləyir. Öz-özlərinə ağlamağa tərk edilən körpələrdə, yüksək stres hormonu, yəni kortizol səviyyəsi müşahidə edilmişdir və bu da körpənin inkişafda olan beyninə zərər verir. Bu vəziyyət körpəni, stresə, zehni xəstəliklər daxil olmaqla bütün növ xəstəliklərə qarşı daha həssas və müqavimətsiz bir hala gətirir.
Ailə üzvləri arasında yaxınlıq
Ailə yatağı həyat tərzilə böyüyən uşaqlar, ailələriylə daha möhkəm bağ qurar və tək yatan uşaqlara nisbətən, ailə fərdlərinə qarşı daha çox bağlılıq və məmnunluq hiss edərlər. Uşaqlarınızla yatmağın faydaları çoxdur.Yuxunun o şirin nəfəsi, ailə üzvlərinin bir-birlərinə bağlanması və sevgi dolu anları paylaşmaları üçün, hər gün onlara daha çox vaxt qazandırır.


Tarix: 06.01.2015 / 12:27 Müəllif: Aziza Baxılıb: 124 Bölmə: Uşaqlara tərbiyyə