beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqlar sual vermə rekordu qırır!

İngiltərədə aparılan bir araşdırmaya görə analar uşaqları tərəfindən gündə ən az 300 suala məruz qalır. Ən maraqlılar isə dörd yaşındakı qız uşaqları...
Araşdırmalar, ən çox suala məruz qalanların analar olduğunu ortaya qoyuldu. Araşdırmaya görə ən maraqlılar 4 yaşındakı qız uşaqlarıdır... Bu uşaqlar gündə ortalama 390 sual soruşa bilirlər. Bu da oyanıq olduğu hər 1 dəqiqə 56 saniyədə bir sual soruşması demək.
Uşaqların yüzdə 82-i bir şeyi maraqlandığında ilk dəfə ataya deyil anaya gedir. Uşaqların dörddə biri bir sualı olduğunda anasına getdiyini deyir, çünki atası "anana soruş" deyə cavab verir. Analar "Su niyə yaşdır?" və "Kölgə nədir?" kimi çətin suallara da məruz qala bilir.
Digər qəribə suallar isə "Niyə biz məktəbə getmək məcburiyyətindəyik?" və "Niyə sən çox yaşlısan?" Araşdırmalara görə bir ana ildə 105 min 120 sualla qarşı-qarşıya gəlir. Uşaqlarda sual soruşma çoxluğu cinsiyyətə və yaşa görə dəyişir. 9 yaşındakı bir oğlan ortalama 144 sual soruşur.


Tarix: 06.01.2015 / 12:35 Müəllif: Aziza Baxılıb: 68 Bölmə: Uşaqlara tərbiyyə