beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

12 Fevral 2015

Dünyada olan hadisələr
1502 – Portuqal səyyah Vasko da Qama Hindistana gedən yolu tapmaq üçün dəniz səfərinə çıxıb.
1818 – Çili müstəqillik əldə edib.
1924 – İngilis arxeoloq Hovart Karterin başçılıq etdiyi qrup Tutanxamonun sarkofaqını açıb. Fironun sarkofaqı 15 ay əvvəl tapılmışdı.
1990 – Düşənbədə hökumət və müxalifət arasında başlayan qarşıdurma qısa vaxt ərzində vətəndaş müharibəsinə çevrilib.
1992 – Monqolustanın Dövlət bayrağı yaradılıb.
2002 – Haaqa Tribunalında Serbiyanın keçmiş prezidenti Slobodan Miloşeviçin məhkəməsi başlayıb.

Azərbaycanda olan hadisələr
1920 – Bakı fəhlə klubunda Azərbaycan kommunistlərinin I qurultayı başa çatıb. Qurultayda fəhlə və kəndliləri Müsavat hökumətinə qarşı çıxışlara hazırlamaq qərara alınıb.
2009 – Venesiya Komissiyası Azərbaycan Konstitusiyasına təklif olunan əlavə və dəyişiklikləri araşdırmağa başlayıb.

Doğumlar
1768 – II Frans – Avstriya İmperiyasının imperatoru.
1809 – Çarlz Darvin – çağdaş təkamül təliminin təməlini qoymuş ingilis təbiətşunas (ö. 1882).
1809 – Avraam Linkoln – ABŞ prezidenti.
1911 – Bəhram Məşədi Süleyman bəy oğlu Mansurov – tarzən, Azərbaycanın xalq artisti.
1915 – İdris Süleymanov – Sovet İttifaqı Qəhrəmanı.
1923 – İslam Səfərli – Azərbaycan şairi.
1923 – Franko Zeffirelli – İtaliya kino rejissoru.
1933 – Elmira Hüseynova – heykəltəraş, Azərbaycanın əməkdar rəssamı (1967).
1946 – Ajda Pekkan – Türkiyə müğənnisi.
1957 – Adil Azay – Azərbaycan kino rəssamı və rejissoru.
1964 – Təbriz Xəlilbəyli– Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycanın xalq şairi Xəlil Rzanın oğlu.

Ölümlər
1804 – İmmanuel Kant – alman filosofu, neoklassik alman fəlsəfəsinin banisi, müasir Avropa fəlsəfə tarixinin ən nüfuzlu nümayəndələrindən, Qərbi Avropada İntibah dövrünün son böyük filosoflarından biri.
1931 – Səməd bəy Mehmandarov – Rusiya İmperator ordusunun artilleriya generalı, Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli hərbi xadimi.
1940 – Bahadır Vəlibəyov – Azərbaycan sovet partiya və dövlət xadimi, Azərbaycan SSR Baş Prokuroru, Stalin repressiyalarının qurbanı.
2010 – Nodar Kumaritaşvili – Gürcüstan idmançısı.


Tarix: 21.02.2015 / 13:17 Müəllif: Aziza Baxılıb: 360 Bölmə: Tarixdə bu gün