Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu gun Hezi Aslanov anadan olub 22 yanvar

Lənkəran şəhərində 1910-cu il
yanvarın 22- də anadan olan Həzi
Əhəd oğlu Aslanov ibtidai təhsilini
şəhər 1 saylı orta məktəbində alıb.
13 yaşında atasını itirən Həzi kərpic
zavodunda fəhlə kimi işləməyə
başlayıb, Sonra o, komsomol
putyovkası ilə Zaqafqaziya hərbi
hazırlıq məktabinə göndərilib. 1924-1930
illərdə Bakı və Leninqrad hərbi
məktəblərində oxumuşdur. 1929–cu ildə
oranı bitirdikdən sonra Leninqrad süvari
məktəbinə daxil oldu. Iki illik təhsildən sora
o, Kotovsk adına III Bessarabiya süvari
diviziyasında tağım komandiri kimi fəaliyyətə
başlayır. Hərb sənətinə möhkəm bağlanan
Həzi döyüş texnikası ilə yaxından maraqlanır,
həm öyrənir, həm də öyrədirdi.
İkinci dünya müharibəsi
İkinci dünya müharibəsi başlayanda o,
Ukraynada xidmət edirdi. 1941-ci il iyunun
23-nə keçən gecə alman zirehli qoşunları ilə
qeyri-bərabər döyüşdə Həzi özünü bacarıqlı
sərkərdə kimi göstərdi. O, öz döyüşçüləri ilə
Donbass ətrafında düşmənin şiddətli
hücümlarını düz beş ay dəf etdi, onu ağır
tələfata uğratdı. 1941-ci ilin dekabrında
Moskva ətrafında vuruşmalarda
qəhrəmənlığına görə, Qırmızı ulduz
ordeninə layiq görüldü. Xarkov və Stalinqrad
ətrafında gedən döyüşlərdə Həzinin başçılığı
ilə 55-ci tank briqadasının tankçıları
düşmənə ağır zərbələr endirdilər. Aslanovun
tankçıları vuruşa–vuruşa 40 km-dən artıq yol
gedib Stalinqrad Salsk dəmiryolunu tutub
almanları Stalinqrad qruplaşmasının əsas
magistralından məhrum etdilər. Tanklar
düşmənin xeyli qüvvəsini və texnikasını
sıradan çıxartdı.
Aslanovun döyüşçüləri Kotelnikovo
yaxınlığında gedən döyüşlərdə böyük şücaət
göstərdilər. Düşmənin 30 əks-hücumunu dəf
etdilər, bir batalyon piyada qoşunu , 30
tankı, 50 avtomobili sıradan çıxartdılar. Bu
döyüşdə göstərdiyi şücaətə görə, polkovnik
leytenant H.Aslanov 1942 –ci il 22 dekabrda
Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü.
O, daim öz hərbi biliyini artırmağa səy
göstərirdi. 1943-cü il dekabrın 17-dən
1944-cü il aprelin 6-na kimi o, Zirehli tank
qoşunları Akademiyasının birillik təhsil
proqramını 3 aya mənimsədi. Sonra o,
yenidən doğma 35-ci qvardiya tank
briqadasına qayıtdı. 1944-cü il 13 martda
ona tank qoşunları general mayoru adı
verildi. 1944-cü il iyunun axırlarında
Belorusiya və I Pribaltika cəbhəsinin
qoşunları hücuma keçdilər.
Belorusiyanın iri şəhər və dəmiryollarını azad
etdikdən sonra Aslanovun tankları Vilnüsə
hucumları davam etdirdilər. Aslanovun
briqadası iyunun 24-dən iyulun 13-dək
düşmənə ağır zərbələr endirdi. Bu
döyüşdəki qələbəyə görə 35-ci qvardiya tank
briqadası Qımızı bayraq ordeninə , general
özü isə ikinci dərəcəli Suvorov ordeninə layiq
görüldü.
1944-cü il avqustun 1-də Aslanovun
briqadası başqa ordu hissələri ilə birlikdə
Yelqava şəhərini düşməndən təmizlədilər. O,
Volqadan başlamış Baltikədək bütün
döyüşlərdə özünü bacarıqlı sərkərdə, fitri
istedad sahibi kimi göstərmişdi. Təkcə 1944-
cü ilin hücum döyüşləri dövründə 8 dəfə Ali
Baş Komandanlıq tərəfindən təşəkkür
almışdır. Iki dəfə Qırmızı ulduz, 3 dəfə
Qırmızı bayraq , Aleksandr Nevski, Ikinci
dərəcəli Suvorov ordeni, 1 –ci dərəcəli Vətən
Müharbəsi ordeni və saysız medallarla təltif
edilmişdir.
İkinci Dünya Müharibəsinin ilk günlərindən
döyüşlərdə iştirak edən Aslanov Moskva
ətrafındakı vuruşmalarda (1941) göstərdiyi
igidliyə görə və komandanlığın tapşırığını
ləyaqətlə yerinə yetirdiyinə görə Qırmızı
ulduz ordeni ilə təltif edilmişdir. Aslanovun
55-ci əlahiddə tank polku feldmarşal
Manşteynin tank ordusunun darmadağın
edilməsində xüsusi məharet göstərmişdir.
Həzi Aslanova Sovet İttifaqı Qəhrəmanı adı
vermək haqqında SSRİ Ali Soveti Rəyasət
Heyətinin Fərmanında yazılmışdır ki, cəbhə
komandanlığının döyüş tapşırığının
nümunəvi surətdə yerinə yetirdiyinə, bu işdə
qəhrəmanlıq və şücaət göstərdiyinə, ona
tabe olan hissələrə bacarıqla və mətanətlə
komandanlıq etdiyinə görə Həzi Əhəd oğlu
Aslanova Sovet İttifaqı Qəhrəmanı adı
verilsin. Aslanovun polkuna isə qvardiya adı
verilmişdir. Aslanovun polku Rostov,
Taqanroq şəhərlərinin azad olunmasında və
Kursk vuruşmasında fəal iştirak etmişdir.
1944 ildə Aslanovun 35-ci qvardiya tank
briqadası Belorusiyanı, Pribaltika
respublikalarını azad etmək uğrundakı
vuruşmalarda xüsusilə fərqlənmişdi.
Stalinqraddan Baltik sahillərinədək döyüş
yolu keçən Həzi Aslanov Mitava şəhəri
yaxınlığındakı vuruşmada qəhrəmancasına
həlak olmuşdur.
1944-cü ildə general-mayor H.Aslanov
Belorusiya cəbhəsindəki şücaətinə görə
ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ
hərbi rəhbərliyində təmsil olunan erməni
generalı İ.Baqramyan buna maneçilik
törədib. Ölümündən 47 il sonra, 1991-ci ildə
H.Aslanova ikinci dəfə Sovet İttifaqı
Qəhrəmanı adı verilib.
Həzi Aslanovun qəbri Bakıda Şəhidlər
Xiyabanındadır. Burada qəhrəmanın abidəsi
ucaldılmışdır. 1969–cu ildə Həzinin vətəni
Lənkəranda onun ev-muzeyi açılmışdır.
1983–cü il 8 mayda Lənkəran şəhərinin
mərkəzində onun böyük heykəli
ucaldılmışdır. Bakı küçələ


Tarix: 22.01.2014 / 12:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 369 Bölmə: Tarixdə bu gün
loading...