Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu günün tarixi (19.02.2013)

1473 — polyak astronom, riyaziyyatçı və iqtisadçısı Nikolay Kopernik dünyaya gəlib.

1605 — italyan bəstəkarı Orasio Vekki vəfat edib.

1800 - Napoleon Bonapart özünü Frasanın birinci şəxsi elan edib. Avropanın gələcək fatehinin hərbi yürüşləri başlayıb.

1859 — məşhur İsveç kimyaçısı, 1903-cü il Nobel Kimya Mükafatının laureatı Svante Arrenius dünyaya gəlib.

1861- İmperator II Aleksandr Rusiyada təhkimçilik hüququnun ləğv olunması barədə manifest imzalayıb. Rusiya kəndliləri ilk dəfə olaraq sərbəstlik əldə ediblər.

1878 - Rusiya ilə Türkiyə arasında növbəti müharibə başa çatıb və tərəflər arasında ilkin sülh sənədi San-Stefano müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Türkiyə Balkanlar üzərində nəzarəti itirdi.

1896 — Fransa yazıçısı Andre Breton dünyaya gəlib.

1915 - Türkiyədə, Çanaqqala (Dardanel) boğazında admiral Con De Robekin başçılığı altında hərbi əməliyyatlar (Çanaqqala döyüşü) başlamışdır. Antanta dövlətləri ikinci böyük hücuma keçmişdir.

1938 — Rusiya yazıçısı Əli Səbri vəfat edib.

1940 — Türkmənistanın sabiq prezidenti (1991-2006-cı illər) Saparmurat Niyazov anadan olub.

1954 - Nikita Xruşşovun təşəbbüsü ilə Krım vilayəti Rusiyanın tərkibindən çıxarılaraq Ukraynaya verilib. 27 min kvadrat kilometr ərazisi olan Krım vilayəti 1945-ci ildə təşkil olunmuşdu. Xruşşovun Ukraynanın Rusiyaya birləşdirilməsinin (1654) 300 illiyi münasibətilə atdığı bu addım SSRİ-nin dağılmasından sonra Rusiya millətçilərinin kəskin etirazını doğurdu.

1959 - Türkiyə və Yunanıstan arasında Kiprlə bağlı saziş imzalanıb. Sazişə əsasən, Ankara və Moskva Kiprdə qurulacaq müstəqil dövlətin (ada 1960-cı ildə Britaniyanın nəzarətindən çıxdı) qarantı qismində çıxış edirdilər.

1984 — SSRİ-nin görkəmli dövlət və partiya xadimi Yuri Andropov vəfat edib.

1993 — Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyev şəhid olub.

1993 – Azərbaycanın Milli Qəhrəmanı Vəzir Sədiyev şəhid olub.

2004 — Ramil Səfərov Macarıstanın Budapeşt şəhərində keçirilən kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini qətlə yetirib.


Tarix: 19.02.2013 / 21:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 309 Bölmə: Tarixdə bu gün
loading...