Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu gün dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun doğum günüdür 18 sentyabr

Bu gün
Azərbaycanın dahi bəstəkarı,
musiqişünas alim, publisist,
dramaturq, pedaqoq və ictimai
xadim, müasir Azərbaycan
professional musiqi sənətinin
və milli operasının banisi
Üzeyir Hacıbəyovun anadan
olmasının 127 ili tamam olur.
1885-ci il sentyabrın 18-də
Şuşa qəzasına bağlı Ağcabədi
kəndində anadan olmuş Üzeyir
Hacıbəyov ilk təhsilini Şuşadakı
ikisinifli rus-türk məktəbində alıb. Şuşanın
zəngin musiqi-ifaçılıq ənənələri Hacıbəyovun
musiqi tərbiyəsinə müstəsna təsir göstərib.
1899-1904-cü illərdə Qori Müəllimlər
Seminariyasında təhsil alan Hacıbəyov
burada Avropa musiqi klassiklərinin
əsərlərini mənimsəyib, skripka və baritonda
çalmağı öyrənib, xalq mahnı nümunələrini
nota köçürüb.
Üzeyir Hacıbəyov Rusiyada 1905-1907-ci illər
inqilabı ərəfəsində Bakıya gəlib,
Bibiheybətdə, sonralar isə "Səadət"
məktəbində dərs deyib, 1907-ci ildə Bakıda
Azərbaycan türkcəsində "Hesab Məsələləri"
və "Mətbuatda İstifadə olunan Siyasi, Hüquqi,
İqtisadi və Əsgəri Sözlərin Türki-Rusi və Rusi-
Türki Lüğəti"ni nəşr etdirib.
Üzeyir bəy bədii yaradıcılığa publisistika ilə
başlayıb. O, "Kaspi", "Həyat", "İrşad",
"Tərəqqi", "Həqiqət", "İqbal", "Yeni İqbal"
qəzetlərində və "Molla Nəsrəddin" jurnalında
"Ordan-burdan", "O yan-bu yan" və s.
başlıqlar altında "Ü", "Filankəs", "Behmankəs"
və s. gizli imzalarla dövrün mühüm ictimai-
siyasi, maarifçilik məsələlərinə dair çoxlu
məqalə, felyeton və satirik miniatürlər dərc
etdirib.
Üzeyir Hacıbəyovun 1908-ci il yanvarın 15-
də Bakıda Hacı Zeynalabdin Tağıyevin
teatrında göstərilən "Leyli və Məcnun"
operası ilə təkcə Azərbaycanda deyil, bütün
müsəlman Şərqində opera sənətinin əsası
qoyulub. Hacıbəyov operanın librettosunu
Füzulinin eyni adlı poeması əsasında yazıb.
Hacıbəyov 1909-1915-ci illərdə bir-birinin
ardınca "Şeyx Sənan" (1909), "Rüstəm və
Söhrab" (1910), "Şah Abbas və Xurşud
banu" (1912), "Əsli və Kərəm" (1912), "Harun
və Leyla" (1915) muğam operaların
librettosunu xalq dastanları və rəvayətlər,
Firdovsinin "Şahnamə" əsərinin motivləri
əsasında yazıb. O, "Leyli və Məcnun"dakı
üslub xüsusiyyətlərini və estetik sənət
prinsiplərini sonrakı operalarında da davam
etdirib.
Xalq dastanı əsasında bəstələdiyi "Əsli və
Kərəm" operasında Hacıbəyov muğamatla
bərabər aşıq musiqisindən də istifadə edib.
Üzeyir Hacıbəyov Azərbaycanda musiqili
komediya janrının yaradıcısıdır. Onun "Ər və
Arvad" (1909, ilk tamaşası: 1910), "O
Olmasın, bu Olsun" (1910, ilk tamaşası:
1911), "Arşın Mal Alan" (1913) musiqili
komediyalarında inqilabdan əvvəlki
Azərbaycan məişəti, xalq adət və ənənələri
əksini tapıb. Hacıbəyov 1911-ci ildə musiqi
təhsilini artırmaq üçün Moskvaya gedib,
həmin il burada filarmonik cəmiyyətin
musiqi kurslarında, 1913-cü ildə isə
Peterburq konservatoriyasında oxuyib.
Peterburq dövrü Hacıbəyovun
yaradıcılığında mühüm rol oynayıb, o, "Arşın
Mal Alan" musiqili komediyasını məhz
burada yaradıb.
Üzeyir bəy 1921-ci ildə Bakıda azərbaycanlı
tələbələr üçün ilk musiqi məktəbini -
Azərbaycan Dövlət Türk Musiqi Məktəbini
təşkil edib.
1926-cı ildən Azərbaycan Dövlət
Konservatoriyasında fəaliyyət göstərən
Hacıbəyov burada nəzəriyyə, harmoniya,
Azərbaycan musiqisinin əsasları fənlərindən
dərs deyib, konservatoriya yanında ilk
çoxsəsli Azərbaycan xor kollektivi yaradıb.
O, 1927-ci ildə Müslüm Maqomayevlə birgə
ilk "Azərbaycan Türk El Nəğmələri"
məcmuəsini nəşr etdirib. Hacıbəyov 1931-ci
ildə Azərbaycan Radio Komitəsi yanında ilk
notlu xalq çalğı alətləri orkestrini yaradıb.
1937-ci il aprelin 30-da Azərbaycan Opera və
Balet Teatrında ilk dəfə tamaşaya qoyulan
"Koroğlu" operası (librettosu H.İsmayılov və
M.S.Ordubadinindir) Hacıbəyov
yaradıcılığının zirvəsini təşkil edir.
Azərbaycan opera sənətinin incilərindən
sayılan bu operada Üzeyir bəy ilk dəfə olaraq
klassik opera formasına riayət edərək bitkin
ariyalar, kütləvi xor səhnələri, müxtəlif
ansambllar, balet nömrələri, reçitativlər
yaradıb.
O, "Koroğlu" operasında simfonik orkestrin
tərkibinə Azərbaycan xalq musiqi alətlərini
daxil edərək orkestrin rəngarəng
səslənməsinə nail olub. Üzeyir Hacıbəyovun
"Arşın mal alan" musiqili komediyası ingilis,
alman, çin, ərəb, fars, polyak, ukrayna,
belorus, gürcü və s. dillərə tərcümə edilib.
Dahi bəstəkar Azərbaycan Xalq Cümhuriyyəti
dövründə qəbul olunmuş və Azərbaycan
yenidən müstəqilliyə qoşulduqdan sonra
yenidən rəsmi status verilən Azərbaycan
dövlət himninin müəllifidir. Üzeyir
Hacıbəyovun “Sənsiz”, “Sevgili canan”
romansları, “Çırğınırdı Qara dəniz” mahnısı,
“Aşıqsayağı” kamera-instrumental əsəri,
“Qaytağı” xoreoqrafik miniaturü və yüzlərlə
digər əsərləri bu gün də musiqisevərlər
tərəfindən sevə-sevə dinlənilir.
Dahi bəstəkarın anadan olmasının 100 illik
yubileyi böyük təntənə ilə keçirilib.


Tarix: 18.09.2013 / 16:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 589 Bölmə: Tarixdə bu gün
loading...