Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

9 May – Faşizm üzərində qələbə günü

XX əsrdə ikinci dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olmuşdur. Almaniyada və İtaliyada yaranmış faşizm nəinki bu ölkələrin özünü və hətda bütün bəşəriyyəti təhlükə altına aldı.
Ikinci vətən müharıbəsi illərində azərbaycan xalqı həm cəbhə bölmələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərmişlər. Qısa bir müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünü müdafiə dəstələri təşkil olundu. 1941-1945-ci illərdə 600 mindən çox azərbaycan oğlan və qızları cəbhəyə yollanırdılar. Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən mübariz yol keçdilər. 130-a yaxın həmyerlilərimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldülər, 30 nəfəri Şərəf ordeni ilə təltif olundular. 170 min azərbaycan əskər və zabitçilər SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilmişdir. Iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Ruslan Vəzirov, Adil Quliyev, Ziya Buniyatov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, Generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlığı ilə bizim xalqın şərəfli tarixinə yeni sətirlər yazdılar.
Respublika iqtisadiyyatınin cəbhə yoluna keçirilməsi məqsədilə böyük işlər görüldü. Yüngül və yeyinti sənaeləri cəbhə üçün işləməyə başladı. Kiçik bir vaxtda Bakı döyüşən ordunun ən mühüm cəbbəxanasına (arsenal) çevrildi. Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz fədakarlıqla çalışaraq cəbhəni və sənəemizi yanacaqla təmin edirdilər.
Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə hava flotu (aviasiya) benzini almaq üçün yeni texnologiya yarandı. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox 23,5 millyon ton istehsal olundu ki, bu da SSRİ-də istehsal olunan neftin 71.4%-ni təşkil edirdi. Ümumiyyətlə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milliyon ton neft, 22 milliyon ton benzin və başqa neft məhsulları vermişlər. Qətiyyətlə demək olar ki, faşizm üzərində qələbənin qazanmasında Bakı nefti əsas amiliərdən biri oldu. Bunu demək kifayətdir ki, hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin – dördü Bakı benzinilə işləyirdi. Ikinci dünya müharibəsi azərbaycan xalqının fədakar, qəhrəman, cəsərətli olmasını bir daha sübut etdi.

Sovet İttifaqı qəhrəmanları

Abbas Quliyev (I) (1945)
Adil Quliyev (1945)
Ağaşirin Cəfərov (1943)
Aslan Vəzirov (1945)
Bahəddin Mirzəyev (1945)
Bəkir Mustafayev (1944)
Cəmil Əhmədov (1945 ölümündən sonra)
Əlif Piriyev (1945)
Əmi Məmmədov (1944 ölümündən sonra)
Əvəz Verdiyev (1944)
Faris Səfərov (1944)
Gəray Əsədov (1945 ölümündən sonra)
Həbibulla Hüseynov (1945 ölümündən sonra)
Həzi Aslanov (1942), (1991 ölümündən sonra)
İdris Süleymanov (1942)
İsmayıl Bayramov (1945 ölümündən sonra)
İsrafil Məmmədov (1941)
Mehdi Hüseynzadə (1957 ölümündən sonra)
Mehdi Quliyev (1943)
Məhərrəm Dadaşov (1945 ölümündən sonra)
Məlik Məhərrəmov (1943)
Məmiş Abdullayev (1945 ölümündən sonra)
Məmməd Məhərrəmov (1944)
Məmməd Məmmədov (I) (1945 ölümündən sonra)
Mərdan Musayev (1944)
Məstan Əliyev (1945 ölümündən sonra)
Mikayıl Əkbərov (1943 ölümündən sonra)
Mirzə Cəbiyev (1943)
Mirzə Vəliyev (1945 ölümündən sonra)
Müseyib Allahverdiyev (1945)
Müseyib Bağırov (1944)
Nəcəfqulu Rəfiyev (1944)
Qafur Məmmədov (1943 ölümündən sonra)
Qəzənfər Əkbərov (1944 ölümündən sonra)
Səlahəddin Kazımov (1943)
Səməd Abdullayev (1943)
Şəmsulla Əliyev (1944 ölümündən sonra)
Şirin Şükürov (1945)
Xəlil Məmmədov (1945)
Xıdır Mustafayev (1944)
Yusif Sadıxov (1945)
Ziya Bünyadov (1945)


Tarix: 09.05.2013 / 13:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 587 Bölmə: Tarixdə bu gün
loading...