beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Daha mən heç kimə inanmayacam
Daha mən heç kimə inanmayacam

Bilirsən, bugün bir qərara gəldim.
Bütün fikirləri qarşıma sərdim
Axırki belə bir qərarı verdim
Daha men heç kimə inanmayacam

Tanışa köməkcün başın qarışır
Baxırsan tanışda sənlə yarışır
Hər kəs mənafei üçün çalışır
Daha mən heç kimə inanmayacam

Gözünə baxırsan gözlər aldadır
Sözünə baxırsan sözlər aldadır
Baxırsan deyirsən düzlər hardadır
Daha mən heç kimə inanmayacam

Yoldaşda yoldaşı aldadır dünya
Qardaşda qardaşı aldadır dünya
Kiminin gözləri gözlər gözləyir
Bilməyir gözləri hardadır dünya
Daha mən heç kimə inanmayacam

Inanmaq insanı gözsüzdə qoyar
Həqiqət önundə sözsüzdə qoyar
Cox inam insanın dərisin soyar
Daha mən həç kimə inanmayacam.


Tarix: 29.04.2015 / 10:46 Müəllif: Aziza Baxılıb: 249 Bölmə: Sevgi şerləri