beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

__Ə L V İ D A__

Əlvida gedirəm aglama bəsdi,
Öz nəfsin yandirib kül etdi səni.
Qəflətən ayrilig küləyi əsdi,
Çətin ki, bir daha görərəm səni...

Əlvida deyirəm sənli illərə ,
Sevgimi məzara gömüb gedirəm.
Nümunə olmadin gənc nəsillərə ,
Islanmis şam kimi sönüb gedirəm...

Əlvida ay mənim ilk məhəbbətim,
Son dəfə alnindan öpmək istərəm.
Səninlə yox oldu xoş səadətim,
Qaralmis qanimi tökmək istərəm...

Əlvida! Bir daha cixmam qarsina,
Hər yerdə axtarib gəzərsən məni.
Sevənlər dolanar hər gün başina,
Sən isə kənardan süzərsən məni...

Əlvida qəlbimin sağalmaz dərdi,
İlk görüş yerimiz düşdü yadima.
Ayriliq xəbəri nə pis xəbərdi,
O,görüş yeri də çatmir dadima...


Tarix: 27.01.2015 / 13:31 Müəllif: Aziza Baxılıb: 237 Bölmə: Sevgi şerləri