beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Seni Sevirem

Gülüm, ürəyimə dəymə bu axşam,
Hər sözdən inciyib, qırıla bilər.
Küsər, bağışlamaz birdən ömürlük,
Çəkdiyi cəfadan yorula bilər.

Axı daşdan deyil, dəmirdən deyil,
Bilmirsən nə qədər çətindir ona.
Kədərə, qüssəyə salarsa meyil,
Ömrü əbədilik yetişər sona.

Yumruğum boydadı, nələrə dözür,
Dünyanın dərdi var içində vallah.
Elə hər kəs onu incidir, əzir,
Bu qədər əzabı götürməz Allah.

MEN SENI SEVIREM
Mənim qəlbimdə təkcə sənsən
Sən mənim bağımda qızıl gülümsən
Sevgilim gəl tənha qoyma məni
Mən səni sevirəm, sevirəm səni

Sənsiz həyatda dəli olaram
Sənsiz bu dünyada mən yaşamaram
Sən sevgi oxunla vurmusan məni
Mən səni sevirəm, sevirəm səni

Bilirsən niyə sevirəm düzü
Mən səni sevirəm üç kəlmə sözü
Demirsən sevgilim yıxırsan məni

Mən səni sevirəm, sevirəm səni

Sevginin atəşində yanan mən oldum
Heyva kimi saralıb, gül kimi soldum
Şair şeirində yada saldı səni
Mən səni sevirəm, sevirəm səni


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 140 Bölmə: Sevgi şerləri