beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir daha gələn deyiləm

Mən tufan içində batan bir gəmi,
Ən son ümidlərin edamıyam mən.
Yağdırma üstümə bu yağış qəmi,
Dünyanın ən yazıq adamıyam mən.

Sən göz bəbəyisən mən göz yaşıyam
Gözlərdən qəlbə yol açıb gedərəm.
Mən yazın köçəri qaranquşuyam
Azacıq üşüsəm, uçub gedərəm.

Sənin ürəyində bircə adam var.
Sənin ürəyində küləklər əsir.
Mənim ürəyimdən keçir adamlar,
Mənim ürəyimdə bir millət gəzir.

İndi bir xatirə bəsimdir mənim
Hərdən öpüşünü salsın yadıma.
Əgər tufan qopsa - səsimdir mənim,
Bil ki, ağlayıram, gəl, çat dadıma.

Mən xəzan yeliyəm, əsirəm hərdən,
Sənin ömründə də əsdim, bağışla.
Daha həzz almıram o öpüşlərdən,
Daha sevişməkdən bezdim, bağışla.

Mən tufan içində batan bir gəmi,
Ən son ümidlərin edamıyam mən.
Yağdırma üstümə bu yağış qəmi,
Dünyanın ən yazıq adamıyam mən.

O şaqraq mahnılar, o şən nəğmələr,
Könlümü oxşamır, oxşamır daha.
Əvvəl başdöndürən sevginamələr
İndi ölüb gedib, yaşamır daha.

Sən də, gəl, əl götür bu inadından,
Öpüb oxşadığın mən, mən deyiləm
Unut, sən hər şeyi çıxar yadından.
Unut ki, bir daha gələn deyiləm.


Tarix: 27.01.2015 / 12:35 Müəllif: Aziza Baxılıb: 73 Bölmə: Sevgi şerləri