beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Arzular bitməzm ki

Ağrı-acılarla vuruşmaq çətin,
Ürəkdə sabaha inam olmasa...
Sən bu gün varsansa,var həqiqətin,
Yalan ayaq açar,iman olmasa!...

Dünya hamımıza sınaq meydanı,
Gəldik ki,burada yaşaya bilək...
Mənalı keçirib hər çətin anı,
Ayları illərə daşıya bilək!...

Arzular bitməz ki...dünya kimidi,
Qoşulub illərə hara tələsdi!...
Arzular işıqlı məna kimidi,
Arzular bu qoca dünyaya bəsdi!...

Dünyaya dost olan həzin duyğular,
Ömür-günümüzə olar əmanət!...
Qəlbimin başında inam yüküm var,
O,ömrümə paysa-budur səadət!...


Tarix: 27.01.2015 / 12:53 Müəllif: Aziza Baxılıb: 172 Bölmə: Sevgi şerləri