beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bilmez Oldu Ureyimin Qedrini

Bu həsrətə yenilmişdi sonunda
Seven qəlbin cox qırmışdı xətrini
Mən ki, ona nələr yazdım ürəkdən
Bilməz oldu ürəyimin qədrini
Yalan oldu o ayrılıq günündə
Sevinciydi yollarında ölüm də
Kədərinin sipəriydi önündə
Bilməz oldu ürəyimin qədrini
Duman görür gözlərimin qarası
Mən o gülün duymadım ki ətrini
Sağalarmı yüz il ötsə yarası
Bilməz oldu ürəyimin qədrini
Nəqli mənə kədər olur qəm olur
Nədən gedir ürək yıxan dəm olur
Onsuz an sızıldayan bəm olur
Bilməz oldu ürəyimin qədrini
Özü boyda mənə hicran gətirdi
Əcəl deyil, məni həsrət bitirdi
Divanədən yadigarı itirdi
Bilməz oldu ürəyimin qədrini


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 56 Bölmə: Sevgi şerləri