beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bagişla....

Dinib-danışmağa sözmü qoyubsan,

Yoxsa görüşməyə üzmü qoyubsan,

Uzağı seçməyə gözmü qoyubsan?

Qarşında günahım varsa,bağışla,

Özgə bir pənahım varsa,bağışla.


Belə kükrəməyi,belə coşmağı,

Bütün sərhədləri vurub aşmağı,

Sonra da dəniz tək coşub-daşmağı

Kimdən öyrənmisən,gülüm,bağışla,

Bəlkə günahkardı dilim,bağışla.


"Ölümlə olumun” bir anlığında,

Zülmət gecələrin qaranlığında,

Bir həzin axşamın toranlığında

Etmə baharımı payız,bağışla.

Yaşamaq əzabdır sənsiz,bağışla.


Ümidim qırılar büllur qədəh tək,

Gec gəlib,tez ötən qəfil fərəh tək.

Hər şeyə baxaram düzəlməz səhv tək,

Sənsiz kövrək qəlbim sızlar,bağışla,

Yoxluğun hey məni izlər,bağışla.


Sənin baxışların qəmli,mükəddər,

Üstümə bir anda yağış,qar ələr.

Bu qar töküldükcə hey birər-birər

Soyusun qəzəbin bir an bağışla,

Yoxsa dünyam olar viran,bağışla


Tarix: 27.01.2015 / 12:43 Müəllif: Aziza Baxılıb: 245 Bölmə: Sevgi şerləri