beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səni Yıxmasın

Sənə nə söyləyir içindəki səs?
Peşiman etməsin, səni bir həvəs.
Onsuz da, bu dünya zəncirli qəfəs,
Məni sıxır, bari səni sıxmasın.






Yada paylananda sevincdən beş-beş,
Fələk iynə verdi, dedi qəbir eş.
Nə bəxtim ağ oldu, nə də zərim şeş,
Mənə çıxan, bari sənə çıxmasın.




Bilirəm ki, arzu həyat naxışıdır,
Fəqət ömür, bir lal suyun axışıdır.
Arzu var ki, qəlbdə olsa yaxşıdır,
Qıymıram qoy, gözündən yaş axmasın.





Hər olanda var tanrıdan kəramət,
Bizə düşən səbr, şükür, mətanət.
Rəhimlinin evin yıxan xəyanət,
Amandır, sənin yuvanı yıxmasın


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 40 Bölmə: Sevgi şerləri