beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu Gun Bir Gozelin Toyu Calinir

Terpedir telleri isti bir nefes
Buruyur qelbimi qeribe heves
Kiminse sevgisi ebesmis,ebes
Bu gun bir gozelin toyu calinir

Reqs edir oglanla qiz yavas-yavas
Her iki sinede heyecan,telas
Kiminse donubdu gozlerinde yas
Bu gun bir gozelin toyu calinir

Kimise honkurtu tutur derinden
Hesretle boylanir baxir yerinden
Konuller ayrilib biri-birinden
Bu gun bir gozelin toyu calinir

Kiminse ureyi henalanibdi
İcinde dag boyda derd qalanibdi
Esqi,mehebbeti damgalanibdi
Bu gun bir gozelin toyu calini

Kiminse buludu qaralib bele
Kiminse yagisi cevrilib sele
Kimlerse oynayir,verib el-ele
Bu gun bir gozelin toyu calinir

Terpedir telleri isti bir nefes
Buruyur qelbleri qeribe heves
Kiminse sevgisi ebesmis,ebes
Bu gun bir gozelin toyu calinir.

Tural Adisirin


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 113 Bölmə: Sevgi şerləri