beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Men Evli Olsamda Sensiz Subayam

Arzular qapımı döyür bayaqdan,
Ümidlər gizlənqaç oynayır yenə.
Xəyallar yanıma gətirib səni,
Xatirən beynimdə qaynayır yenə. Mən evli olsam da, sənsiz subayam,
Ürəyim sənindir, canım yad qızın.
Üşüsən əyninə yorğan yerinə,
Bir parça şerimi bürüyüb qızın. Gecələr bulud tək dolar ürəyim,
Səhər göz yaşlarım yuyar üzümü.
Şəklini böyüdüb asdığım yerdən,
Hər gün baxışlarım asar özünü


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 49 Bölmə: Sevgi şerləri