beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevirsən məni....

Sənlə ayrılmışıq gör neçə müddət,
Dilin söyləsə də bitib məhəbbət.
Əllərin əlimə qalibsa həsrət
Deməli hələ də sevirsən məni.

Məni yox biləndə aglayırsansa,
Üz-üzə gələndə aglayırsansa,
Adim cəkiləndə aglayırsansa,
Deməli hələ də sevirsən məni.

Bütün olanlara tapmirsan cavab,
Buna nə vaxtacan edəcəksən tab?
Sənə bu yoxluğum verirsə əzab
Deməli hələ də sevirsən məni.


Tarix: 27.01.2015 / 12:40 Müəllif: Aziza Baxılıb: 63 Bölmə: Sevgi şerləri