beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sənə Güvəndiyim Dağlar Nüsrət Kəsəmənli

Əsən hicran küləyi,
Sevgimizi aparmış.
Elə baxma üzümə,
Sən gözləri yaşarmış.
Dolan dəniz bir damla
Göz yaşıyla daşarmış.
Sənə güvəndiyim dağlar,
Sənə də qar yağarmış.

Zaman elə tələsdi,
Geriyə yolum yoxdur.
Sən ki, bir ocaq idin,
İndi qəlbin soyuqdur.
Üzünde hesret izi,
Saçların da ağarmış.
Sənə güvəndiyim dağlar,
Sənə də qar yağarmış.

Günlerin rəngi solub,
Axı nələr solmayıb.
Kimə güvənim indi,
Güvənc yerim qalmayıb.
Məni gözdən qoymayan,
İndi gendən baxarmış.
Sənə güvəndiyim dağlar,
Sənə də qar yağarmış.


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 85 Bölmə: Sevgi şerləri