beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ayrılıq!!!

Yenə bu şəhərdə üz-üzə gəldik,
Neyləyək, ayrıca şəhərimiz yox.
Bəlkə də, biz xoşbəxt ola bilərdik,
Bəlkədə xoşbətik, xəbərimiz yox.

Aradan nə qədər il keçib görən,
Tanıya bilmədim,
məni bağışla.
Mən elə bilirdim sənsiz ölərəm,
Mən sənsiz ölmədim,
Məni bağışla…!

Sağımız-solumuz adamla dolu,
Qol-qola kişilər, qadınlar keçir.
Özünden xəbərsiz
ömründe min yol
Özünü öldürən adamlar keçir.

Keçir öz qanına batan adamlar,
Bir də ki, qan hanı?
Qan axı yoxdu…
Hamı günahkardı dünyada,
Amma
Dünyada heç kəsin günahı yoxdu


Tarix: 27.01.2015 / 12:21 Müəllif: Aziza Baxılıb: 151 Bölmə: Sevgi şerləri