Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yazmaq istəyirəm səni büsbütün

Yazmaq istəyirəm səni büsbütün…
Yazmaq istəyirəm sevgilim səni,
Yazıb ürəyimi boşaltmaq üçün.
Bəlkə də səninlə məndən xəbərsiz,
Bu dünya durduqca yaşatmaq üçün,
Yazmaq istəyirəm səni büsbütün…
Yazmaq istəyirəm ovsun gözündən,
Könlümü oxşayan şirin sözündən,
Bəlkə də xəbərin yoxdu özündən,
Özünü özünə tanıtmaq üçün,
Yazmaq istəyirəm səni büsbütün…
Yazmaq istəyirəm ruhumla səni,
Mürəkkəblə deyil, qanımla səni,
Görmək istəyirəm yanımda səni,
Bir ömür yolunu oxumaq üçün,
Yazmaq istəyirəm səni büsbütün…


Tarix: 27.01.2015 / 11:55 Müəllif: Aziza Baxılıb: 258 Bölmə: Sevgi şerləri
loading...