Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hələki Gec Deyil Gəl Qayıt Geri

Bilirsən nə çəkir bülbül çəmənsiz
Məndə onu çəkirəm hər anım sənsiz
Deməki o quşdur axı nə bilir
Hardan hara uçdu axı nə bilir
Onun dili yoxdu ama ürəyi ki var

Nə sevən sevənə nədə mən sənə
Heç bülbüldə gülə qovuşmayacaq
Deyəsən bu bülbül fələklə heç barışmayacaq
Həyat ayırıbdır onu gülündən
Güldə xəbərsizdi öz bülbülündən
Həsrətdən gül solur lap gündən günə
Bircə arzusu var bülbülə dönə

Bülbüldə axtarır tapa bilmir
Nə gündüz nə gecə yata bilmir
De indi bildinmi nə çəkir bülbül
Hələ bülbülün dərdini dinləyən
Gündən günə solan qızılgül
İnan ki görünür hər şeyin yeri
Hələki gec deyil gəl qayıt geri

De yadındamı ilk söhbətimiz
Bax elə o vaxtdan başladı məhəbbətimiz
Sənə sevdiyimi dediyim zaman
Durmuşdu vurmurdu ürəyim inan

O anda sən geri boylalancaqsan
Getdiyin bu yoldan dayanacaqsan
Etdiyin səflərə çox yanacaqsan
Ağlayıb, ağlayıb dinməyəcəksən
O zaman öz özünü deyəcəksən
Bagışla sevgilim bilməmişəm mən

Anlayacaqsan ki həmşiə səninləyəm
Getməmişəm mən səni sevildiyimi
Görməsəm eşitməsəm duymasam belə
Tərk etməmişəm mən
İndi bilirsən nə çəkir bülbül çəmənsiz
Bax məndə onu çəkirəm sənsiz


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 55 Bölmə: Sevgi şerləri
loading...