beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yalan

Ömürdən bir günü oğurlamışıq,
Qaçıb bölüşürük bu xəlvət yerdə.
Payızda ayrılan köçəri quşuq
Kim bilir,
Bəlkə də görüşdük bir də…

Boşalır ürəyin dolur gözlərin,
Gecikmiş zamanı lənətləyirsən.
Dolaşıb dilində qalır sözlərin
Özün də bilmirsən nə istəyirsən.

Örtür gözlərini yuxu xumarı,
Yuxun saçın kimı qarışıq düşər.
Fikirli keçərsən bu gün yolları,
Ünvanın adımla dolaşıq düşər…

Dəlitək daş atdıq bu sakit gölə,
O daşı geriyə qaytarmaq olmur.
Bizim yalanımız yeriyir hələ
Elə yeriyir ki, izi də qalmır.

Aça da bilmirik sirri heç kimə,
Elə gizli gizli alışırıq biz.
Bəlkə də bir doğru sevgi eşqinə
Min yalan uydurub danışırıq biz…


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 68 Bölmə: Sevgi şerləri