beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

BiR AdAm

Yağardı ağ yağışlar,
adam çaşıb qalardı,
Bir az nəfəs verərdi,
bir az həvəs alardı…

Ümid var idi məndə,
bulud tək intəhasız.
Külək alıb apardı.
adam gedib tapardı.

Dadın da bilmədim heç
gözündəki o yaşın
Soyuq-soyuq axardı,
adam içib baxardı…

Vəfa qapısı üçün,
həqiqi canfədalıq
Dəyişməyən açardı.
adam açıb qaçardı.

Gələrdi kaş ki dövrün,
həqiqi Kərbəlası.
Yolun, izin bilərdi,
adam gedib ölərdi.
...bir az ölüb... gələrdi.


Tarix: 27.01.2015 / 12:07 Müəllif: Aziza Baxılıb: 124 Bölmə: Sevgi şerləri