beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

BULUDLA ULDUZUN HEKAYƏSI...

βir zamanlar səmada bir-birlərini həqiqətən çox sevən bir buludla ulduz vardı.Bulud səmanın ən şirin,ən çəhrayı buludu,ulduzsa ən parlaq, ümidi ən çox əks etdirən ulduzu idi.
Səmadakı hər varlıq onların sevgisini qısqanırdı.Şirin bir qısqanclıq idi.Amma biri vardı ki,bulud və ulduzun ayrılmalarını ürəkdən istəyirdi.Həm də ulduzun ən yaxın yoldaşı olmasına baxmayaraq.Bulud bir az saf idi, kimsəni qıra bilməzdi.Ulduzsa buludu üçün əlindən gələn hər şeyi edə bilər,hər kəsə meydan oxuya bilərdi.

Onsuz da onun üçün bir buludu bir də çox sevdiyi dostu pəri vardı.Bir dərdi olduğunda gedər pəriyə izah edərdi.Haradan bilə bilərdi ki, pərinin bir gün
"Necəsə buludum məni sevir, dönəcək" deyə düşündü...Bir gün nəzər dəydi buludla ulduza.Heç yoxdan bir səbəbdən mübahisə etdilər.Bulud çıxdı getdi,səhvli olmasına baxmayaraq.

Ʊlduzunsa heç bir şey gözlənildiyi kimi getmədi.Bulud dönmədi..Kim bilər, bəlkə də cəsarət edə bilmədi dönməyə.Tek bir gerçək vardı ki: O da ikisinin də çox kədərli olduqları idi.Səmadakı yaxşılıq mələkləri belə ağladılar onların vəziyyətlərinə amma nə fayda.Sabahısı gün ulduz olanları ən yaxın dostu pəriyə izah etdi.Pərisə saxta bir hüznə büründü.Əlinə böyük bir fürsət keçmişdi.Artıq həyatı boyunca qısqandığı adama qarşı kartları vardı əlində.O adam, ən yaxın dostu ulduz olmasına baxmayaraq istifadə edəcəkdi kartlarını.Həm də böyük bir zövqlə.

ßuludun yanına getdi və ulduzun artıq onu sevmədiyini söylədi.Buludsa kədərləndi, boyunu bükdü amma əlindən heç bir şey gəlməyəcəyini düşündü.Çünki ulduz tərs idi.Bir dəfə olmaz dedisə, bir daha olar deməzdi.Pəri də buludun bu kədərli vəziyyətindən faydalanıb ona olan sevgisini etiraf etdi.Bulud da kimsəni qıra bilmədiyi üçün pərinin, ulduzunun yerinə keçməsinə icazə verdi.Ulduz, günlərlə buludunun dönməsini, ondan üzr istəməsini gözlədi.Amma bulud gəlmədi.

ßir gün ulduz, buludun yanına gedib, danışmağa qərar verdi.Gecə yola çıxdı.Bulud, dostu sandığı pəriylə birlikdə Ayda ələləydi.Mələklər dözə bilməyib, bütün olan bitəni izah etdilər ulduza.
Çox kədərləndi və çarəsiz, döndü.Yavaş yavaş sönməyə başladı.O gündən sonra ulduz söndü,işıq verə bilməz oldu.Buludsa artıq nə o qədər çəhrayı, nə də o qədər məxmər idi.Ulduz, ilk zamanlar hər şeydən imtina etdi, həyata küsdü.Amma asan vaz keçməzdi.Qısa bir müddət sonra həyatıyla əlaqədar o əhəmiyyətli qərarı verdi.

O Günə qədər heç görmədiyi günəşin yanına gedəcəkdi və bir az daha işıq istəyəcəkdi ondan.Çox keçmədən daha əvvəl heç görmədiyi günəşin yanına getdi.Ondan əks etdirməsi üçün bir az daha işıq istədi.Günəş işıq yerinə sevgisini verdi ulduza.O gündən ulduz,dünyaya günəşin sevgisini əks etdirər.Buludsa həmişə gözyaşlarını axıdar dünyaya.Bir də ürəyində qopan fırtınaları.


Tarix: 27.01.2015 / 11:58 Müəllif: Aziza Baxılıb: 172 Bölmə: Sevgi şerləri