beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bilmərsən

Arzuna çatmaqçün yola düşərsən.
Qabağa qaçarsan, dala düşərsən...
Sonra da elə bir hala düşərsən,
Ölmək istəsəndə ölə bilmərsən...

Ömrün yavaş-yavaş saralar, solar...
Sənə xatirələr yadigar qalar..
Üzündə qəribə üzüntü olar.
Gülmək istəsəndə gülə bilmərsən...

Kədəri qovarsan harayla, səslə.
Xəyallar qurarsan hər gün həvəslə.
Ömrünün yarısın sevdiyin kəslə,
Bölmək istəsəndə bölə bilmərsən...

Axırki bu yolun sonu bilindi.
Gör kimlər üzüldü, kimlər sevindi.
Hardadı, necədi, neyniyir indi..?
Bilmək istəsəndə bilə bilmərsən...

İllərin yaşı var bəlkə gözündə.
Bunu anlayırsan hərdən özün də.
Bu yaş xatirə tək qalar üzündə...
Silmək istəsəndə silə bilmərsən...

Gözün sevdiyindən başqasın görməz.
Əslində gedən kəs, heçnə itirməz.
Qürurun nədənsə icazə verməz,
Gəlmək istəsəndə gələ bilmərsən.

Ürəyim həsrətdən yansın,ərisin.
Qəlbimə yeni bir sevda yerisin.
Onu unutmaqçün özgə birisin,
Sevmək istəsəndə sevə bilmərsən...


Tarix: 25.11.2014 / 13:43 Müəllif: Aziza Baxılıb: 53 Bölmə: Sevgi şerləri