beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu eşq bizə çox yaraşır yar

Gözlərəm gözlərinin üzərində, gözlərəm bir maviliyin arxasında. Nə varsa keçmişə dair hamısını atmışam.
Bir səni götürmüşüm yanıma, bir də sevdamı, maviliyə dalmışam.
Gerçəkmidir, ya xəyal, unutmuşdum hamısını…
Bir sənə sarılıram, bir sənə..Bir də ulduzlar örtür üzərimizi. Hər biri eşq dolu mavi ulduzlar..Teninden yayılan istilik deşir gecənin qaranlığını…


G304;FLER


Ən gerçək şey, tək gerçək şey sənsən indi..Sənden əvvəli yox idi sanki, sonrası da olmasın. Bir olaq, tək olaq, biz olaq, indi də kimsə bilməsin. Elan etməyə gərək varmı bu coşğunu ? Hökmən bəziləri bilməlimi ürəyimizdəki uçan quşları ?
Sevmək çatmasın bizə, birləşsin dodaqlarımız və heç bir söz o anı izah etməyə çatmasın. Yalnız öz istəyimiz üçün, içimizdən gəldiyi kimi öpüşlərə bəzəyək izah etməsi mümkün olmayan bu sevdamızı.





İki ürəyin arasına həsrət girməsin. Tək günlərə, tək gecələrə inad darıxmaq sözlüyünü çıxaraq eşqimizin lüğətindən. Həsrət eşqin parçasıdır bilərəm, aşiq olmayan darıxmağı da bilməz bilərəm amma, getsin bu səfər də belə olsun nə deyərsən ? Həsrəti kilidləyib bir sandığa, Açarını ataq dənizə nə deyərsən?

G304;FLER


Yorğun düşüncəyə qədər sevək bir-birimizi… Bir-birimizi görməyi maneə törədəcək deyə yatmayaq gecələri… Hər vaxt sanki ilk dəfə görüşürük kimi həyəcanla, son dəfə görüşür kimi buraxmamaxcasına sarılaq bir-birimizə… Gülməli şeylər söyləyək, gülək.. bitsə bu gözəl şey deyək, kədərlənək.
Unudaq zamanı, o anın içində dayanıb qalaq, Yaşayaq sevgilim, yaşayaq. Özümüz üçün, eşqimiz üçün yaşayaq…




Bizə söykədilən ssenarilərin deyil, sevdamızın oyunçuları olaq. Hər zaman eyni parıltıyla baxsın gözlərimiz bir-biriən… Səninlə olmaq qanunumun mənə verdiyi ən böyük möcüzələrdən biri. Möcüzələrə inanmayan mən,indi bu möcüzəylə yaşamağa öyrəşdim.
Bir dəfə qondu ürəyim ürəyinə. Anla məni və tut əlimi… Gedək birlikdə bu sevdanın yolunda.
Bu eşq bizə çox yaraşır yar, yaraşanı üzərimizdən çıxarmayaq.. ! ! !


Tarix: 04.12.2014 / 14:07 Müəllif: Aziza Baxılıb: 67 Bölmə: Sevgi şerləri