beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mende Senin Ucun Olurem Axi

Qəlbinə dəyirəm, görürəm özüm,
Sonradan könlünü alıram axı!
İnciyib gedirəm, dönürəm özüm,
Qolumu boynuna salıram axı! Birdən od-alovum göylərə çatır,
Birdən də susuram, fırtınam yatır.
Dəyişik olmağım fikrini qatır...
Yenə də sevgilin oluram axı! Onsuz da hər zaman varam yanında,
Ürəyim döyünür, sanki, canında.
Gözüm üzündədir, üzgün anında
Bir sevgi nəğməsi çalıram axı! İçimdə min yerə çırpınır dözüm,
Bəzən acı olur ən şirin sözüm.
Səni güldürəndə gülürəm özüm,
Səni küsdürəndə soluram axı! Sənsiz aydan-ildən uzundur anım,
Söylə, ayrılığa necə dayanım?
Bilirəm, sevirsən, sevirsən, canım,
Mən də sənin üçün ölürəm axı!


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 75 Bölmə: Sevgi şerləri