beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dərdliyəm yenə

Dərdimi bir sirr tək atdım dəryaya
Dərdimə dözməyib dəniz çağladı
Dərdimi söylədim mən asimana
Gördüm Fəryad çəkib bulud ağladı.

Qəlbimdə mən gizli yaşadım səni
Hər gecə hər səhər dilədim səni
Indisə tamamən itirdim səni
Getməyivin xəbəri ürək dağladı.

Nədirki günahım sevgilim mənim?
Niyə bu qəm kədər oldu qismətim?
Ölənəcən sevəcəm budur niyyətim
O gözlər bu qəlbi sənə bağladı.

Ürəyim yas tutub qarə bağladı
Bu eşqim dərdimə çarə qılmadı
Göylərə şairin ahı ucaldı
Ərşin hər zirvəsi tək-tək ağladı!


Tarix: 26.12.2014 / 14:04 Müəllif: Aziza Baxılıb: 72 Bölmə: Sevgi şerləri