beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevənləri görəndə

Ah çəkirəm,sarsılıram…
Gün yandırmış yarpaqlartək qarsılıram…
…yoldan ötən aşiq kimi sevənləri görəndə…
Ixtiyarsız süzülür yaş…
…daş bağlamış yanaqlardan…
Uzaqlardan bir səs gəlir…
…Vağzalının nazlı səsi…
Həyasından həya edən,
Üz gizləyən bir gəlintək…
Boylanıram,duvaqlardan..
Məni məndən edib gedən üzənləri görəndə…
Nə təsəvvür çatır dada,
Nə xəyallar gerçək olur…
Gözlərimdən neçə çiçək…
Açılmamış yarım solur…
Ruha dönüb hərlənirəm..
Mən onların başı üstdə…
Küçə ilə asta-asta gedənləri görəndə…
Sarsılıram…dözəmmirəm…
Sevənləri görəndə…
Külək əsir..
Ağ saçlarım dalğa vurur havada…
Yağış yağır…
Həsrətindən vuran ürək…qanad açır yuvada…
İslanıram…
Yaslanıram..
Yaşlanıram..
Hər gözümdən ötüb-keçən…
s.e.v.ə.n.l.ə.r.i g.ö.r.ə.n.d.ə…..


Tarix: 26.12.2014 / 13:55 Müəllif: Aziza Baxılıb: 48 Bölmə: Sevgi şerləri