Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ürəklər Kimi

Qəlbimin yenilməz səndin hakimi
Baxırdın üzümə ay ulduz kimi
Indisə tərk edib gedirsən amma
Xatirla Xaliqi sadiq yar kimi..

Içimdə oyanıb sənə qarşı kin
Sən getdin olmadım yaralı sakin
Düşündün bəs edər özünə sevgin
Indidə baxırsan mənə yad kimi..

Səni çox qısqandım dogmaya yada
Xaliqin qəlbini atdın alova
Yolumuz önünde sıldırım qaya
Qırıldı inamlar ürəylər kimi..

Qalmasın içində bircə kəlmə söz
Vaxtında çox dedim düşün biraz döz
Gedirsən yol açiq ağlamasın göz
Həyata kecməyən xəyallar kimi..


Tarix: 26.12.2014 / 13:42 Müəllif: Aziza Baxılıb: 83 Bölmə: Sevgi şerləri
loading...