beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevmisem

Sənə pəri deyim,yoxsa mələk mi?
İncə bir gülüşün əridər qəmi
Titrəyən yasəmən ləçəyi kimi
Ürkək-ürkək öpüşünü sevmişəm

Sevdanın yolları sevic,qəm dolu
Hər gün oynayırıq biz bu oyunu
Ağlaya-ağlaya getdiyin yolu
Gülə-gülə dönüşünü sevmişəm

Yuxu gördük neçə yerə yozulan
Sevgi oldun ürəyimə qazılan
Kipriyindən məhkum kimi asılan
Damla-damla göz yaşını sevmişəm

Ağac olub yolun üstə bitmişəm
İstəmədən çox xətrinə dəymişəm
Saf qəlbinə günahlarla gəlmişəm
Səni sən olduğun üçün sevmişəm.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 61 Bölmə: Sevgi şerləri