beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ürəyimə kədər dolar…

Ürəyinə kədər dolar,
İnsan yarpaq kimi solar.
Ən son ölən ümid olar
Arzulara çatmayanda.
***
Düşər qara,yağışlara,
Səmt yönələr yoxuşlara.
Həsrət qonar baxışlara
Arzulara çatmayanda.

***
Demə,könül,mənə təkəm,
Qəm yükünü özüm çəkəm.
Göz yaşımı seltək tökəm
Arzulara çatmayanda.
***
Vermə ürək sirrin yada,
Mövlud,sirdaş yox dünyada?
Dərdi-sərim düşər yada
Arzulara çatmayanda.


Tarix: 26.12.2014 / 12:41 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Sevgi şerləri