beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Men Sene Yaddanda Yad Olacaqam

Sen gizli gelmisen ömrüme, inan,
Bu gizli eşq ile yaşayacağam.
Dünyanın en ağır yükü sayılan,
Gecikmiş mehebbet yaşayacağam.

Sen menim ömrümde açan çiçeksen,
Onu üreyimde besleyeceyem.
Sen meni heç zaman görmeyeceksen,
Men seni her zaman gözleyeceyem.

Uzaqdan göz qoyub gözüne senin,
Sankı göreceyem allahımı men.
Düşüb qarış-qarış izine senin,
Ezberleyeceyem yollarını men.

Seni zerre-zerre keşf edeceyem,
Seni milyon kere keşf edeceyem.
Oğlunu,qızını öyreneceyem,
Rengini, qoxunu öyreneceyem.

Her günü adınla başlayacağam,
Her günü adınla bitireceyem.
Seni röyalarda oxşayacağam,
Seni xeyallarda itireceyem.

Sen meni heç zaman duymayacaqsan,
Men bütün ömrünü izleyeceyem.
Sen mene mehel de qoymayacaqsan,
Men seni hemişe sesleyeceyem.

Her gün menim üçün doğulacaqsan,
Her gün menim üçün yox olacaqsan.
Menim sevincim de sen olacaqsan,
Menim kederim de sen olacaqsan.

Men senin adına her saat, her an
Qelbimde mektublar yollayacağam.
Sen heç vaxt fikrimden çıxmayacaqsan,
Men heç vaxt yadında qalmayacağam.
Belece hesretle qocalacağam,
Bele eneceyem, ucalacağam.

Keçib her alovdan, keçib her oddan.
Böyük ezabından şad olacağam.
Sen mene heyatda en doğma adam,
Men sene yaddan da yad olacağam

Sen ömr edeceksen ayrı adamla,
Men kimem, neçiyem bilmeyeceksen.
Bir gün bu dünyadan senin adınla
Köçüb gedeceyem bilmeyeceksen.


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 166 Bölmə: Sevgi şerləri