beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevəsən məni

Deyəsən qəlbində yerim yox mənim,
Demirəm qəlbindən siləsən məni.
Qəlbində yaşasın xatirələrim,
Ən şirin xatirə biləsən məni.

“Məhəbbət gecikdi, ya mən tələsdim,”
Ömrün payızında yarpaqtək əsdim.
Sevgimi görməyib, ümidi kəsdim,
Bəlkə sən, bir daha sevəsən məni.

Ömür ötüb keçib, harda qalmışam ?
Düşünmə vaxt ötüb, mən qocalmışam.
Səni arzulayıb, fikrə dalmışam,
Mən necə edim ki, görəsən məni.


Tarix: 26.12.2014 / 12:38 Müəllif: Aziza Baxılıb: 62 Bölmə: Sevgi şerləri