beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aglayiram Men

Hardasan,ürəyim yaman darıxıb
Sadəcə rəsmini saxlayıram mən
Hər dəfə şəklini köksümə sıxıb
Gecələr səninçün ağlayıram mən

Ürəyim alışır hərarətimdən
Sən şübhə eylədin məhəbbətimdən
Bilmirəm sevgimdən ya nifrətimdən
Gecələr səninçün ağlayıram mən

Indi ehtiyac var azacıq vaxta
Bilmirəm nə deyim məndəki baxta
Gündüzlər gülürəm gülüşüm saxta
Gecələr səninçün ağlayıram mən

Deyirsən axtarma, məni arama
Göz yaşım duz səpir sanki yarama
Bilirem dəymərsən göz yaşlarıma
Gecələr səninçün ağlayıram mən

müəllif: NİZAMİ FÜZULİOĞLU


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 375 Bölmə: Sevgi şerləri