Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

.....................

Al telfonu zəng elə
Denən salam,necəsən
Vacib deyil ki mənə
Qayıtmışam deyəsən

Mən səsindən anlaram
Niyə zəng etdiyini
O anda unudaram
Səbəbsiz getdiyini

Heçnə olmamış kimi
Danışaram gülərəm
Qürurumu doğrayıb
Minbir yerə bölərəm

Min tikəsin tulluyub
Sevincimdən ağlaram
Bir tikəsin növbəti
Gedişinçün saxlaram

Amma zəng gəlmiyəcək
Gözləsəm də neçə il
Ən azından heç sənin
Nömrəm yadında deyill..


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 75 Bölmə: Sevgi şerləri
loading...