beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Birini "cəzalandırmaq" istərkən

Bu həyatda qəlbini qıranlar coxmu oldu?
Dostluğuna sevginə layiq olmayıb səni yarı yoldamı buraxdılar?
Dost dediklərin hər fürsətdə səni arxadan vurmağamı çalışdılar?
Sevgilin səni aldadıb, hisslərinlə oynayıb sonda səni tərk etdimi?

G304;FLER

Özünə yaxın bildiyin insanlar, " canım " deyib canım bildiyin kəslər öz xəyanətilə səni can evindən vuranda, hər dəfə bi xainin " maskası " düşəndə onu tanıdıgına görə özünə nifrət etdiyin an beynindən nələr keçdi?

Qəlbin o qədər yaralandı ki, yalnız qisasla sakitləşəcəyini düşünürsən, eləmi?
Elə isə onu cəzalandırmagın ən əsas yolunu deyimmi? Həmdə xainlərə ən böyük cəza olsun.Elə cəza ki, heç zaman səni unutmasın...

Birini cəzalandırmaq istəyəndə sadəcə Onu sənsiz burax.Sakitcə bir söz demədən onu həyatından sil.Mübahisə etmədən, münasibətləri aydınlaşdırmağa çalışmadan (bunun üçün artıq gecdir), ona zərbə vurmadan, hay-küysüz çıx get...

Bu səssiz gedişin ən yadda qalan vida, ən möhtəşəm gediş olacaq...
Vaxt keçdikcə o keçmişə boylanıb səni hər dəfə xatırladıqca nifrət etməkçün bir şey tapmayanda kimi itirdiyinin fərqinə varıb hələ çox peşman olacaq.Son peşmaçılıq fayda verməz.Çünki sən bu zaman yeni həyata başlamış olacaqsan.O sənin heç yadınada düşməyəcək.


Tarix: 03.12.2014 / 19:00 Müəllif: Aziza Baxılıb: 62 Bölmə: Sevgi şerləri