beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Getmerem Demiwdin Bes Niye Getdin

Bir məktub yazmışdın yadındadırmı?
Özünü o zaman mənə öyrətdin,
İlk sətri “səninəm” deyib başladın,
Getmərəm demişdin, bəs niyə getdin?
Sanki bir xəyaldın hər gün canlanan,
Gözümün önündə yurd-yuva salan,
Mənə tək mən oldum sonunda qalan,
Getmərəm demişdin, bəs niyə getdin?
Ölərsən mənlimə birlikdə qalsan,
Niyə bu sevgimi niyə danırsan?
Özünü məndənmi üstün sanırsan?
Getmərəm demişdin, bəs niyə getdin?
Demək yalan imiş yalan gözlərin,
Mənimçün üzülən solan gözlərin,
Haraya göz atsam sənin izlərin,
Getmərəm demişdin, bəs niyə getdin?


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 63 Bölmə: Sevgi şerləri